Azərbaycanlı kospleyer ilə müsahibə!


İlk kospleyinizi hansı ildə etmisiniz və hansı personaj olub?
İlk kospleyimi 2019cu il, İyunun 30u "Cosplay Fest Baku 2019" tədbirində  etmişəm"Daft Punk" musiqi qrupundan "Thomas"ın kospleyi idi. "Daft Punk" qrupunu çox xoşladığım üçün başladım. Özüm də həzz aldım kospleyi edəndə və hazırlaşanda.

 My default image 


Bu işə həvəs necə yarandı?
- Belə şeylərlə maraqlanmağım 2016cı ildən başladı deyəsən. "YouTube"da çox baxırdım xaricdə keçirilən kospley tədbirlərinə. Çox maraqlı gəlirdi. Ümumiyyətlə özümün də xəyali personajlar olan kinolar, animasiyalar və komikslərə marağım vardı deyə, onlardan xoşladıqlarımı canlandırmaq istədim və başladım maskalar, kasklar hazırlamağa.


İndiyə kimi etdiyin ən yaxşı kospley hansıdır səncə?
- Əgər növbəti tədbirə qatıla bilsəm Batman olacaq yəqin . Amma hələki "Daft Punk" mənim ən yaxşı kospleyim olub mənə görə. 

My default image 


Bu kospleyləri harada istifadə edirsiniz?
Festivallarda. İldə bir neçə dəfə belə tədbirlər keçirilir. Biri mənim birinci qatıldığım "Cosplay Fest" idi, digəri hər il keçirilən "AzeCon"dur. Bunlardan başqa kiçik çaplı tədbirlər də olur mən bildiyimə görə.


Kospley etməyin ortalama yaşı var?
- Bir söz var, "Əyləncənin yaşı yoxdu". Əgər bu şeydə siz özünüz əylənəcəyinizi fikirləşirsinizsə yaş boş şeydir. Mən öz qatıldığım tədbirlərdə çox kiçik uşaq və ya çox yaşlı insanlar gösməsəm də, xaricdə olan tədbirlərin videolarında görmüşəm. Bizdə də bir müddət sonra, indiki nəsil qocalanda belə şeyləri görəcəyik məncə.


Kospley etdiyiniz personajlar ən sevdiyiniz personajlar olur yoxsa hansını bacarırsınızsa onu edirsiniz?
- Sevdiyim personajlar olur. Sevmədiklərimi canlandırmaqdan həzz almazdım yəqinki.


Azərbaycanlı kospleyerə dəstək olmaq üçün, onu instagram səhifəsindən izləyə bilərsiniz:
@abba.creations

My default imageMy default imageMy default image