"12 Angry Men" filmi haqda bilinməyənlər!

1) 12 Angry Men "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı uyğunlaşdırılan ssenari" Oscar-larına namizəd olmağına baxmayaraq, bütün Oscar-ları rejissorluğunu David Lean-in etdiyi "The Bridge on the River Kwai" filminə uduzur.
2) Film üçün 365 fərqli çəkiliş edilib. Çəkilişlər adətən aktyorlar tək başına olanda edilib deyə, hər bir aktyor üçün yağış səsini hər dəfə yenidən qeyd etmək lazım olub.
3) Bütün film sadəcə 3 otaqda çəkilib. Filmin böyük əksəriyyəti isə 5 metr x 7,5 metr genişlikdə olan otaqda keçir.
4) Film "IMDB Top 250" siyahısının ilk onluğunda ən az müddətə sahib olan filmdir.
5) Film boyu bizə sadəcə 2 nəfərin adı məlum olur. Bunun səbəbi isə, mövzunun sırf 12 insan ilə yox, cəmiyyət xarakterləri ilə çatdırılmasıdır. Yazar 12 nəfəri ayrı-ayrılıqda bir şəxsiyyət olaraq görməkdən çox, cəmiyyətin yansıması olaraq görmək istədiyi üçün belə bir seçim edir.My default image