İllərdir yeni bölümü gözlənilən serial - SHERLOCK!

 

My default image 


Serialın bütün sezonlarını Telegram kanalımıza qatılaraq izləyə bilərsiniz - t.me/kinobaxis


Təsadüfi halda qarşılaşan və 221B Baker küçəsində yaşamağa başlayan Sherlock və Watson ikilisi şəhərdə baş verən cinayətlərin səbəbini aşkar etməyə başlayır. Holmes´in dahiyanə zəkası və Watsonun təcrübəsi ilə cinayətlərin üstü bir-bir açılmağa başlayar. Lakin yenə də yolun sonu kitablardan da tanıdığımız professor James Moriarty´ə çıxır.


Robert Downey Junior-un baş rolda olduğu Sherlock Holmes filmlərindən sonra və Sherlock personajının müəllif hüquqlarının ortada qalması ilə BBC şirkəti müəllif hüquqlarını aldı. Bununla da bizi keçmiş dövrdə yaşamış Sherlock-dan çox, müasir dövrümüzə uyğunlaşdırılmış yeni bir Sherlock görürük.



Bölümlərin adı kitabdakı hekayələrin adlarının biraz dəyişdirilmiş formasıdır. Lakin, "mən Sherlock-un kitablarını oxumuşam və hekayələrin sonluqlarını bilirəm" deyə bir şey yoxdur. Bütün hekayələr bizə dəyişiklik edilmiş halda göstərilir. Buna görə də, serial kitabdan fərqlənir.



Serial kitabda olunduğundan fərqli olaraq müasir dövrdə keçir. Sherlock´un öz bank kartı, notbuku ,telefonu var və o, metro və avtobusdan istifadə edir. Jhon Watson isə kitabdakı kimi yazılar yazmaq üçün qələm və kağızdan yox, bir internet saytından, daha doğrusu, blogdan istifadə edir.



Mənim bir serialda ən çox sevdiyim nüanslardan biri, hər bölüm başqa mövzudan bəhs olunmasıdır. Ona görədə “Rick and Morty”, “F is for Family”, “Black Mirror” favorit seriallarım arasındadır. Sherlock serialında da, 1 bölüm sanki 1 film kimi çəkilib.



Bir insana 5 saniyə baxdıqdan sonra onun haqqında, demək olar ki, bütün məlumatlara sahib olan bir zəkadan danışırıq. İstədiyi vaxt ağlaya bilən, özünü dəli kimi apara bilən birini fikirləşin. “Dünya günəşin ətrafında fırlanır” - bunu hamımız bilirik. Lakin Sherlock bilmir. Niyə? Çünki onun üçün bu gərəksiz məlumatdır və bu məlumatı o beynindən silib.


Sherlock-un köməkçisi və məncə tək dostu Dr.Watson´dur. Sherlock qədər dahi olmasa da, bəzən Sherlock-un "beynindən sildiyi" həmin o məlumatlardan bir neçəsini xatırlayır və problemin həll olunmağına kömək edir.


Sherlock-a görə bir insanın ən zəif tərəfi, onun dəyər verdiyi insanların çox olmasıdır.